"Premyer Liqaya qayıtmaq şansımızın olduğunu deməliyəm"

Yeni mövsümdən etibarən "Şüvəlan" I Divizionda çıxış edəcək. Qəsəbə klubu növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, komandanın "Kəpəz"dən transfer etdiyi Eyyub Əliyev açıqlama verib. Gənc qolkiper komandadakı şəraitdən və gələcək hədəflərindən danışıb:
 
"Mənim üçün yaxşı şansdır. Premyer Liqada oynamamaqdansa, I Divizionda çıxış edərək təcrübə qazanıb, irəli getmək lazımdı. Bura mənim üçün ən yaxşı variant idi.

 

Komandamızın baş məşqçisi Aqil Nəbiyev komandaya elə futbolçular cəlb edib ki, Premyer Liqaya qayıtmaq şansımızın olduğunu deməliyəm.

 

Belə şərait heç Premyer Liqa klublarında da yoxdu. Komandamızın bazası və bütün şəraiti var. İstəyirik ki, Premyer Liqaya yüksələk".

Tarix: 11 İyul 14:00    Oxunub: 415    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.