Millimizin üzvü istirahətdə: "Mənə elə gəlir ki..." - FOTOLAR

Həndbol üzrə Azərbaycan yığmasının üzvü Marina Raçitelyeva istirahətindən qalmır. Sportinfo.az xəbər verir ki, 24 yaşlı idmançı isti yayda dənizin dadını çıxarır.
 
Bu il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları öncəsində milliləşdirilərək komandamızın heyətində çıxış edən Raçitelyeva dincəldiyi yerlərdə çəkdirdiyi şəkilləri instaqram səhifəsində paylaşır.
 
Dənizə böyük maraq göstərməsi diqqətdən qaçmayan rusiyalı həndbolçu şəkillərinin birinin aşağısında “Mənə elə gəlir ki, dincəlmək üçün doğulmuşam”, fikrini yazıb.
 
Dənizkənarında çəkilmiş şəklə yazılan şərhlərdən biri isə xüsusi diqqət çəkib. Belə ki, izləyicilərdən biri onu hətta erməni pornoulduz bənzədərək, “Maşulya, sən Həştərxanın Kim Kardaşyanısan”, deyə tərif yağdırıb.

 

Raçitelyeva da buna biganə qalmayaraq, həmin şəxsə təşəkkür edib. May ayında keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət Azərbaycan millisi qızıl medal qazanıb (apasport.az).

 

Tarix: 11 İyul 01:00    Oxunub: 839    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.