"Azərbaycanın “qızıl”ı daha çox olduğu üçün...”. - NAZIİR AÇIQLADI

 “IV İslam Həmrəyliyi Oyunlarında 195 medal ilə ikinci olduq. Ümumi medal sayında liderlik etsək də, Azərbaycanın “qızıl”ı daha çox olduğu üçün birinci yeri tutdu”.

 

Sportinfo.az xəbər verir ki, bunu Anadolu Agentliyinin "AA Spor Masası"nın ilk qonağı olan Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç deyib.


Nazir bildirib ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ev sahibi olmağın üstünlüyündən bəhrələnib. O, türkiyəli idmançıların yarışda uğurlu çıxış etdiklərini vurğulayıb: "Yarışlardakı vaxt göstəricilərinə diqqət etmək lazımdı.

 

Türkiyə rekordlarının qırılması, digər beynəlxalq yarışlardakı nəticələrə yaxınlaşmanı da qeyd edərdim. Bununla bərabər İslamiadada nizəatma yarışında qızıl medalın qazanıldığı məsafəni keçdik. Bunlar bizə gələcək uğurlu nəticələrdən xəbər verir. İnanıram ki, daha da uğurlu nəticələr göstərəcəyik". 


Azərbaycan komandası İslamiadada 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla, 162 medalla başa vuraraq, medal əyarında birinci yeri tutub. V İslam Həmrəylik Oyunları 2021-ci ildə Türkiyədə təşkil olunacaq.

Tarix: 9 İyul 15:35    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.