"Bəzilərini geri göndərdim, hələ hazır deyilik" - FOTOLAR

I Divizionda yeni mövsümə hazırlaşan “Şüvəlan” ilk yoxlama görüşünü keçirib. Sportinfo.az xəbər verir ki, AZAL Arenada keçirilən oyunda meydan sahiblərinin rəqibi “Zirə”nin əvəzedicilərdən ibarət komandası olub.

 

Görüş “Şüvəlan”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Haqverdi Həsənov, Şahin Əliyev, Elvin Həsənəliyev, Vəzir Musayev və Mətin Əbilsoy imza atıb. “Şüvəlan” iyulun 13-də “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunu keçirəcək. 

 

“Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev klubun rəsmi səhifəsinə oyunla bağlı fikirlərini bildirib: “Komanda hələ hazır deyil, çatışmazlıqlar çoxdur. Amma bu, normaldır. Çünki cəmi 5 gündür ki, yığışmışıq. İlk 25 dəqiqədə daha çox müqavilə bağladığımız futbolçulara güvəndik.

 

Daha sonra isə baxışda olanları sınadım. Onlardan bəzilərini geri göndərdim. Yaxın günlərdə daha bir neçə futbolçunu heyətimizə qatmağı planlaşdırırıq. Çempionata yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”.

Tarix: 9 İyul 08:26    Oxunub: 621    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.