"Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız?"

Joze Alesio da Silvanın yenidən futzal yığmamızın “sükanı arxasına” gətirilməsini mütəxəssislər birmənalı qarşılamır. Düzdü, əksəriyyət onun güclü mütəxəssis olduğunu vurğulayır. Ancaq üç il əvvəl millini qalmaqallı şəkildə tərk edən, federasiya və klub rəsmilərinə xəbər vermədən gecəykən Bakıdan Qazaxıstana qaçan braziliyalı mütəxəssisə yenidən bu postun tapşırılmasını etik cəhətdən düzgün saymayanlar da az deyil.

 

Sportinfo.az xəbər verir ki, onlardan biri də “Xəzər adaları”nın sabiq baş məşqçisi, hazırda Kanadada yaşayan Elnur Qəmbərovdu. Gənc mütəxəssis Futzal Federasiyasını bu addımına görə qınayır: "Alesionun qaytarılmasını eşitdim, açığı, şok oldum. Buna biabırçılıqdan başqa ad vermək olmaz.

 

Ona görə yox ki, Joze Asesio zəif məşqçidi. Əksinə, o, güclü mütəxəssisdi, dahi taktikdi. Buna sözüm yoxdu. Mən özüm də ondan çox şey öyrənmişəm. Ancaq o, Azərbaycandan qaçıb gedəndə arxasınca nələr demirdilər, yəqin yadınızdadı. Yaxşı olar ki, qəzetinizin arxivini axtarıb ovaxtkı müsahibələri yenidən dərc edəsiz.

 

Deyirdilər, o, bir də bura qayıtmayacaq. Nə oldu, niyə qaytardılar? Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız? Özü də 5-6 il sizinlə işləyəndən sonra atıb qaçır. Alesio yenə özü ilə legionerlər gətirəcək. Bəs yerli məşqçilərimiz nə vaxt işləyəcək? Nə vaxtsa Azərbaycan millisində azərbaycanlı mütəxəssis işləyəcək?

 

Altı il Alesio, sonra Tino Peres, ardınca Miltinyo, Biro Jadedən sonra da yenə Alesio gəldi. Mən özümü nəzərdə tutmuram. Bəs nə oldu, Alesioya düşmən gözü ilə baxırdılar? Elə Alesio düz edir, harda ona rahatdısa, orda da işləyir. Yenə deyirəm, Alesio çox güclü məşqçidi. Amma fərariyə qucaq açmaq utandırıcıdı".

Tarix: 9 İyul 00:34    Oxunub: 521    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.