Məsciddə tanış oldu, “uşağım xəstədi” dedi, aldığı borcu “Topaz”a qoydu və uduzdu - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə şəxsin adına kredit götürüb “Topaz”da uduzan Beynəlxalq Bankın "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

 

Sportinfo.az xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər ifadə verib. Fərrux Həşimov ifadə verərək deyib ki, kredit mərhum atası Nəsimi Həşimovun adına götürülüb. Digər şahid Qiyas Abdullayev isə E.Hüseynovu mömin bir şəxs kimi tanıdığını deyib:

 

“Məsciddə namaz qılanda tanış olmuşduq. Banka gedib 10 min manata qol çəkdim, kassadan pulu götürüb Elnura verdim. Rəsul Hüseynov da Elnura məsciddə ibadət zamanı tanıdığını, onun xahişi ilə bankdan 10 min dollar götürüb özünə verdiyini deyib: “Elnurun uşağı xəstə idi, ona görə razılaşdım”.

 

Hakim bildirib ki, E.Hüseynov kreditləri uşağının xəstəliyi üçün xərcləməyib: "İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə “butulka” gətirib. Məqsəd spirtli içki istehsalı ilə məşğul olmaq olub" (qafqazinfo).

 

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək. Bu cinayət işi ilə bağlı bankın sabiq əməkdaşı Aqilə Quliyeva da ittiham edilir, o həbs edilməyib. E.Hüseynovun qardaşı Həmid Hüseynov deyib ki, bankdan onun adına 2 kart vasitəsilə 23 min manat kredit limiti ayrılıb: “Götürülən pulun bir hissəsini qaytarmışıq”.

Tarix: 7 İyul 11:48    Oxunub: 458    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.