Naxçıvan klubunun UEFA kubokunda rəqibləri müəyyənləşdi

Futzal üzrə UEFA kubokunun təsnifat və əsas mərhələlərinin püşkü atılıb. Sportinfo.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.


Naxçıvan təmsilçisi elit-raunda vəsiqə uğrunda “Deva” (Rumıniya), E və F qruplarının qalibləri ilə qarşılaşacaq. Yarışa əsas raundda başlayacaq Naxçıvan təmsilçisi B yolu üzrə mübarizə aparacaq və səkkizinci qrupda yer alacaq. Bu qrupun oyunları Rumıniyada keçiriləcək.


Təsnifat mərhələsinin E qrupunda “Mostar” (Bosniya və Herseqovina), “Flyamurtari” (Albaniya), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda “Klassik” (Moldova), “Anartosis” (Kipr), “Leo” (Ermənistan), “Reksxem” (Uels) komandaları qüvvəsini sınayacaq. Təsnifat mərhələsinin oyunları 27 – 28 avqustda, əsas raundun matçalrı isə 10- 15 oktyabrda keçiriləcək.

 

UEFA İcariyyə Komitəsinin qərarına əsasən Azərbaycan və Ermənistan komandaları bu mərhələlərdə qarşılaşa bilməzlər. Ermənistan təmsilçisi F qrupunu qalib qismində başa vurarsa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq. Əvəzində həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq.

Tarix: 6 İyul 19:00    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.