Siyahıda Azərbaycan da yer alıb

Beynəlxalq Cüdo Federasiyası 2016-cı il üçün ölkələrin yığmalar üzrə nəticələrini açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, siyahıda Azərbaycan da yer alıb. Beynəlxalq turnirlər başa çatdığından ölkələrin qazandığı medalların sayı da dəqiqləşib. Azərbaycan yığması böyüklərin yarışında əvvəlki illərlə müqayisədə yüksəlişə nail olub. Cüdoçularımız sabiq baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında müxtəlif səviyyəli yarışlarda 51 mükafat qazanıb. Bunlardan 14-ü qızıl, 10-u gümüş və 27-si bürünc olub.
 
Cüdoçularımız il ərzində ümumilikdə 710 dəfə tatamiyə çıxıblar. Bu görüşlərdən 351-də qələbə qazandığımız halda, 359-da məğlubiyyətə üzülmüşük. İlin yekununa əsasən, beynəlxalq federasiya kişilərdən ibarət yığmamızda Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucovu ən güclü sayıb. O, həmçinin mübarizə apardığı 73 kq çəki dərəcəsində və topladığı xala əsasən bütün çəkilər üzrə də dünyanın ən yaxşısıdı. Qadın cüdoçularımızdan isə Aişə Qurbanlı (48 kq) fərqləndirilib.  
 
Böyüklərin yarışında Azərbaycan millisinin qazandığı medallar
 
Yarış    Qızıl    Gümüş    Bürünc
Olimpiya Oyunları    0    2    0
Masters    2    0    2
Böyük Dəbilqə    1    2    5
Qran-Pri    3    4    8
Qitə çempionatı    1    1    0
Açıq qitə turniri    7    1    12

 

Tarix: 22 Dekabr 11:12    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.