Bakı Atıcılıq Mərkəzində qitə çempionatına qatılacaq atıcılarımız

İyulun 21-dən avqustun 4-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, komandamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növündə təmsil olunacaq.

 

Güllə atıcıların rəqabətində yeniyetmələrdə Nəzrin Abbaslı, stend atıcılığında Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxış edəcəklər.

 

Ustalarda adı son çəkilən növdə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlanə Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftəhəddinova və Ramil Rüstəmzadə, güllə atıçılığında Ruslan Lunyov mübarizə aparacaq.

Tarix: 5 İyul 00:46    Oxunub: 405    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.