“Messini təbrik edirəm, yeni rekorda 1 qolu qaldı”

“Barselona”nın hücum “trio”su növbəti uğurlu çıxışla yadda qalıb. Sportinfo.az-ın məlumatına görə, Lionel Messi, Luis Suares və Neymar buna İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”lə cavab qarşılaşmasında nail olublar.
 
“Barsa”nın 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açan Suares bu komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı forvard bunu 120-ci matçında reallaşdırıb. Dünənki görüşün 48-ci dəqiqəsində ikinci topun müəllifi olan Neymar isə quru seriyaya son qoyub.

 

Penaltidən fərqlənən braziliyalı 11 oyundan sonra “Barsa”nın heyətində fərqlənməyə macal tapıb. O, buna qədər sonuncu dəfə oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Mançester Siti” ilə (4:0) oyunda rəqib qapıçısını məyus etmişdi. Bu mövsüm Neymar La Liqada meydana çıxdığı 14 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
 
78-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyan Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl 3-cü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbəsindən vurduğu qol sayına görə, kataloniyalıların sabiq üzvü Ronald Kumana çatıb. 26-cı dəfə standart vəziyyətdən fərqlənən Leo daha bir qol vurarsa, “Barselona”nın bu baxımdan rekordçusu olacaq. Kuman da tvitter hesabından argentinalını təbrik edib: “Messini təbrik edirəm. Yeni rekorda 1 qolu qaldı”.

Tarix: 12 Yanvar 13:36    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.