"Xəzər Lənkəran" və millimizin sabiq üzvü Finlandiyaya yollandı

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Cem Fələk karyerasını Finlandiyada davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Rovaniemi" klubunun düşərgəsində baxışdadı.

Finlandiya klubu Cemi sınaqdan keçirir. Onunla bağlı qərar yaxın günlərdə veriləcək. Gənc futbolçu baxışdan uğurla keçsə, müqavilə imzalanacaq. Vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Cem Fələk Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor”, "Karagümrük" klublarında top qovub.

Tarix: 12 Yanvar 14:36    Oxunub: 337    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.