Abışov rəsmən bağladı!

Ruslan Abışovun "Neftçi"yə qayıdışı rəsmi təsdiqini tapıb. Sportinfo.az xəbər verir ki, milli komandamızın üzvü "ağ-qaralar"la ilyarımlıq müqavilə bağlayıb.

 

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.
 
Bu, "Neftçi"nin sayca 8-ci transferi olub. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənglərinə bağlayıb.

Tarix: 12 Yanvar 14:12    Oxunub: 308    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.