FİFA açıqladı, Azərbaycan Ermənistandan 4 pillə geri qalır

FİFA 2017-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, ötən siyahıdan sonra millilər az oyun keçirdikləri üçün reytinqdə ciddi dəyişiklik qeydə alınmayıb.
 

Bu müddətdə heç bir rəsmi görüş keçirməyən yığmamızın xal və mövqeyi dəyişməz qalıb. Robert Prosineçkinin çalışdırdığı milli ötən ay olduğu kimi, 386 xala malikdi. Qardaş ölkə Türkiyənin də reytinqi dəyişməyib: 851 xal və 24-cü yer.

Millimiz və “qonşular”ı
85 (87). Qətər - 416
86 (86). Ermənistan – 412
87 (89). Keniya - 396
88 (88). Zambiya - 395
89 (85). Liviya – 390
90 (90). Azərbaycan - 386
90 (91). Toqo – 386
92 (93). Antiqua və Barbuda – 370
93 (93). Finlandiya – 368
93 (92). Ruanda - 368
95 (95). Boliviya - 359
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik baş verməyib.

İlk “onluq”
1 (1). Argentina – 1634
2 (2). Braziliya – 1544
3 (3). Almaniya – 1433
4 (4). Çili – 1404
5 (5). Belçika – 1368
6 (6). Kolumbiya – 1345
7 (7). Fransa – 1305
8 (8). Portuqaliya – 1229
9 (9). Uruqvay – 1187
10 (10). İspaniya – 1166
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Norveçin mövqeyi dəyişib. "Vikinqlər" 1 addım geriləyiblər.
 
DÇ-2018-in seçmə mərhələsi, rəqiblər
3 (3). Almaniya – 1433
32 (32). Şimali İrlandiya - 767
43 (43). Çexiya - 671
84 (83). Norveç - 418
202 (202). San-Marino – 17

Tarix: 12 Yanvar 14:24    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.