"Kimi aldadırsız? AFFA-da oturanlar "Neftçi"yə futbolçular gətirir"

"Neftçi"nin 5 il vitse-prezidenti çalışmışam. Komandanın bizdən öncə, bizim dönəmdə və indi nə qədər büdcəsi var qəpiyinə qədər bilirəm. "Neftçi"nin ancaq uğurunu istəyirik. Bir mövsümdən çox əvvəlkilər xalqı aldatdı, niyyətləri düz olmadığı üçün "Neftçi"ni autsayder edib getdilər. İndikilər də iş görmək əvəzinə yenə başlayıblar puldan danışmağa. Büdcəyə gəlincə isə "Qəbələ"nin vəsaitini 2-3 dəfə azaltdılar, komanda yenə də oynayır, liderlər qrupundadı.

 

O vaxt "Neftçi"nin büdcəsi 4 klubdan aşağı idi. Rəqiblər də "Xəzər L.", "Bakı", "Qarabağ","İnter","Qəbələ" idi. Hamısı da çempionluğa oynayırdı. İndi kim var? "Qarabağ","Qəbələ"...Qaranları da özləri kimi şuralaşmışlar. Öz günahlarını yıxırlar futbolçuların üstünə. 7-ci yerdə gedən "Neftçi"nin yerli futbolçularını liderlər aparır...İşdə hər bir insanın, klubun səhvi ola bilər. Bu təbiidir. Keçmişin uğurlarının xofu altında qalmaq, əsməyə düşməyin yeri yoxdur. Çalışsınlar biz də "Neftçi" adına kömək edək, uğurlara sevinək. Yoxsa, büdcəmiz 6 dəfə aşağı düşüb demək...Kimi aldadırlar?!


Ötən mövsümü demirəm, bu mövsüm 13-15(!) legioner gətiriblər. Pulu olmayan komanda bu qədər legioner ala bilər? Kimsə deyə bilər ki, ucuz qiymətədir. İndiki böhran dönəmində heç də ucuz deyil. 


Şıkovun menecerlik haqqı ilə 300 min dollar müqaviləsi var idi. Anyete 200 mindən çox idi... Digərlərinin qiyməti 100-200 min arası idi. Yeni gətirilənlərin də aylıq maaşı əsasən 10 min dollardan yuxarıdı. Manata çevirəndə görün nə qədər edir...Yaddan çıxarılmasın ki, bizim dönəmdə dollar manatdan ucuz idi...15 futbolçu əvəzinə həmin pula səviyyəli 5-6 futbolçu gətirilə bilər. Elementar məntiqdi. Eyni vəsaitə kəmiyyət yox, az sayda keyfiyyət gətirirsən. "Neftçi" çempion olduğu dönəmlərdə bir mövsümə bu qədər legioner gətirməyib.

 

5 il çalışdığımız dövrdə ümumi legionerlərin sayı 25 keçməyib (orta hesabla mövsümə 5 legioner). Bu "taktika"dan 5-8 il öncə bəzi klublar yararlanırdı. Uğursuzluq olanda milləti aldatsınlar ki, 100-150 minlik futbolçularla nə edə bilərik...15-20 legioner 100-150 mindən 2-3 milyon dollar vəsait edir. Həmin pula 300-400 minlik 5-6 usta futbolçu gələr və ümumi məbləğin 500-1 milyonu da qənaət olunar...Futbolçunun səviyyəsini, klub idarəçiliyini bilmək üçün isə futbolu, işi bilmək lazımdır...


Bizə də çox suallar verilib Gede dönəmindən. Cavabımız bir olub. Biz "Neftçi"yə çempionluqları yaşatmağa, uğur qazanmağa gəlmişik, keçmişi araşdırmağa yox...7-ci yerdə gedən rəhbərliyin("Neftçi"ni demirəm) çempionluqlar, kuboklar, tarixi uğurlar qazanan rəhbərliyi müzakirə etməsi faciədir....

 

Adama deyərlər 8 komandalıq zəif çempionatda gedin biz qazandığımız uğurların yarısını qazanın, sonra danışarsınız. Yeni icraçı direktor sələfinin səhvlərini edir. Niyə buna cəhd edirlər? Çünki, bilirlər, futbolda təsadüfi adamlardı və "Neftçi"nin adına layiq nəticələr qazana bilməzlər. 3-5 zəif rəqiblər üzərində qələbələrlə xalqın başını qatacaqlar. Biz danışmırıq, kömək etmək istəyirik. İndikilər aranı qatmaq istəyib cavablarını alırlar.
"Neftçi" özəl klub deyil, xalqın vəsaiti xərclənir. Bütün dönəmlərdə belə olub. AFFA-da oturanlar "Neftçi"yə futbolçular gətirir. Qrumda çalışan insanlar menecerliklə məşğul ola bilməz.


Onları "Neftçi", uğurlar maraqlandırmır...


Müstəqillik dönəmində "Neftçi" tarixinin ən uğurlu rəhbərliyinə qarşı kim şər atmaq istəyirsə, bumeranq kimi özlərinə qayıdır. 


Niyyətlər düz olmalıdır....
Hərə öz bacardığı işlə məşğul olmalıdır. 
"Neftçi"yə və hər birinizə uğurlar...

 

Tahir Süleymanov

Tarix: 12 Yanvar 13:12    Oxunub: 460    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.