"PFL-ə zəmanət vermişik, çempionatda çıxışımızı dayandırmayacağıq"

"Prezidentimiz Sərdar Bağırov hazırda həbsdə olsa da, tezliklə azadlığa çıxacağına ümid edirik. Klubumuzun dağılacağı ilə bağlı yayılan xəbərlər kökündən yalandı" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un baş məşqçisi Əfqan Talıbov deyib.


I Divizion təmsilçisinin çalışdırıcısı bildirib ki, komanda yanvarın 6-dan bir araya gəlib: "İkinci dövrəyə hazırlığımız qaydasında gedir. Düzdü, Sərdar müəllimin saxlanılmasına görə hamımız pis olmuşuq, ancaq öz işimizi görməkdə davam edirik.

 

Bilirsiz ki, Peşəkar Futbol Liqası divizionda oynayan bütün klublardan bank zəmanət alıb. "Şərurspor" bu zəmanəti verib. Həmçinin futbolçularla bağlanmış müqavilə öhdəlikləri də sənədləşdirilib. İstənilən halda mövsümün sonunadək çempionatda qalacağıq.  Buna şübhə etməyin. Ayın 6-dan "Bakı"nın bazasında məşqlərə başlamışıq.

 

Sabah klubumuzun 19 yaşlılarıyla seleksiya xarakterli oyunumuz olacaq. Ayın 15-də Bayılda "Neftçi"nin əvəzedici heyəti ilə qarşılaşacağıq. 25-də isə "Zaqatala" ilə Bakıda görüşümüzdü. Fevralın 2-də çempionatda fasilə başa çatacaq. Həmin gün "Şəmkir" qonağımızdı. Rəqibimiz hazırda Antalyadadı, heyətini gücləndirir. Biz də ikinci dövrəyə 3 xalla başlamaq istəyirik. O oyunadək "Ruslan-93"də təlim-məşq toplanışı keçəcəyik".

Tarix: 12 Yanvar 12:36    Oxunub: 330    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.