Millimizin futbolçusu saxtakar çıxdı, "Neftçi" gəl dedi - FOTO

Azərbaycan millisinin üzvü Pavel Paşayevin "Neftçi"yə keçidinin səbəbi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, Ukraynanın "sports.dp.ua" saytı bu addımı 29 yaşlı müdafiəçinin çıxış etdiyi "Stal"ın sanksiyaya məruz qalma ehtimalı ilə əlaqələndirib. Bildirilir ki, klub futbolçunun qeydiyyatında saxtakarlığa yol verib.

 

Müdafiəçi cari mövsümün əvvəlində Ukrayna Peşəkar Liqasında qeydiyyatdan keçirilərkən, ukraynalı legioner kimi göstərilib. Lakin o, Ukrayna pasportunu təqdim edib. Halbuki həmin ərəfədə Paşayev Azərbaycan yığmasında çıxış edib.

 

Klubun baş direktoru Vardan İsraelyan yerli mətbuata müsahibəsində qanun pozuntusuna görə, sanksiyanın ola biləcəyini inkar etməyib. Bu səbəbdən də "Stal"ın Ukrayna Futbol Federasiyası tərəfindən cəzalandırılacağı gözlənilir. Ukrayna mətbuatı Pavel Paşayevin "Neftçi" ilə 1.5 illik müqavilə bağlayacağını yazıb.

 

Tarix: 12 Yanvar 12:24    Oxunub: 498    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.