Gələn ay 50 yaşını qeyd edəcək hücumçuyla yeni müqavilə

Yaponiya ikinci liqasında çıxış edən “Yokohama” 49 yaşlı oyunçusu Kazuyoşi Miura ilə yeni müqavilə bağlayıb. Sportinfo.az xəbər verir ki, klubdan edilən açıqlamada bu ilin fevralında 50 yaşını qeyd edəcək Miura ilə müqavilənin bir illik uzadıldığı qeyd edilib.

 

32 illik karyerası ərzində Yaponiya ilə yanaşı, Braziliyanın “Santos”, İtaliyanın “Cenoa”, Xorvatiyanın “Dinamo” (Zaqreb), Avstraliyanın “Sidney” komandalarında da top qovub. “Kral Kazu” ləqəbli futbolçu ötən mövsümdə meydana çıxdığı 20 oyunda 2 qola imza atıb. Miura 1990-2000-ci illər aralığında Yaponiya millisinin də şərəfini qoruyub. O, millidə meydana çıxdığı 89 oyunda 55 qola imza atıb.

Tarix: 12 Yanvar 12:12    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.