"Qarabağ"ın yolunu bağlayan “Fiorentina” 1/4 finalda - VİDEO

İtaliya kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, “Fiorentina” evdə “Kyevo”nu qəbul edib. Oyunun taleyini qarşılaşmaya əlavə edilmiş 3-cü dəqiqədə penaltidən fərqlənən Federiko Bernardeski həll edib.

 

İki qırmızı vərəqənin qeydə alındığı qarşılaşamada 1:0 hesabıyla qalib gələn “bənövşəyilər” 1/4 finala vəsiqə qazanıb. Digər oyunda isə kubokun son qalibi “Yuventus” “Atalanta”nı çətinliklə məğlub edib - 3:2. Bir gün öncə “Spezia”nı 3:1 hesabıyla məğlub edən “Napoli” də 1/4 finala vəsiqə qazanmışdı.

 

"Fiorentina" - "Kyevo" 1:0

Federiko Bernardeski, 90+3-pen.

 

"Yuventus" - "Atalanta" 3:2

Dybala, 22. Mancukiç, 34. Pyaniç, 75-pen - Konko, 72. Latte Lat, 82

 

Tarix: 12 Yanvar 12:00    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.