Fatih Terim onun millimizə yolunu bağlamaq fikrindədi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının debütantı Ozancan Kökcü Türkiyə millisinə çağırıla bilər. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilir ki, “Feyenoord” klubunun U-19 komandasında çıxış edən yarımmüdafiəçi həm “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terimin, həm də onun millimizdəki həmkarı Robert Prosineçkinin maraq dairəsindədi.
 
Terim bu günlərdə yerli mətbuata açıqlamasında Hollandiyada bir neçə gənc oyunçunu izlədiklərini bildirib. Təcrübəli mütəxəssis ad çəkməsə də, onun siyahısında adı olan futbolçular arasında Ozancanın və onun 16 yaşlı kiçik qardaşı Orkun Kökcünün də olduğu ortaya çıxıb.
 
Diqqət çəkən digər məqam Kökcü qardaşları üçün Hollandiya Futbol Federasiyasının da hərəkətə gəlməsidi. Belə ki, federasiya onları izləmək üçün nümayəndə ayırıb. Millimizin baş məşqçisi Robert Prosineçkinin 18 yaşlı Ozancanı indidən izləmək qərarına gəlməsi başadüşüləndi.

 

Yanvarın 13-də Antalyaya yollanacaq xorvatiyalı mütəxəssis ertəsi gün U-21 yığmamızın Qazaxıstan klubu “Okjetpes”lə yoxlama görüşünü izləyəcək. Prosineçkinin onu əldən buraxmamaq üçün ən qısa müddətdə əsas milliyə dəvət etməyi planlaşdırdığı bildirilir. Universallığı ilə seçilən Ozancan Kökcü yarımmüdafiənin hər yerində oynamağı bacarır.

Tarix: 12 Yanvar 10:48    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.