Naxçıvan klubunun əmsalı - qitənin ən güclüləri arasında

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Sportinfo.az xəbər verir ki, cədvəldə ciddi dəyişiklik olmayıb.

 

Baş verən dəyişikliklər əsasən aşağı pillələrdə yer alan komandalarla bağlı olub. Liderlərin mövqeyi isə dəyişməz qalıb.

 

Planetin 10 ən güclü komandasından biri olan Azərbaycan millisi də mövqeyini qoruyub. Belə ki, yığmamız 1445 xalla planetin 10-cusudu.

 

İlk “onluq”:

1. Braziliya - 1929
2. İspaniya – 1872
3. Rusiya - 1765
4. Argentina - 1700
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan – 1445

 

Futzal klublarının da UEFA reytinqi açıqlanıb. UEFA kubokunda çıxış edəcək 56 komanda üçün tərtib edilən siyahıda Azərbaycan da təmsil olunub. Son ölkə çempionu “Araz” qitənin ən güclüləri arasında 14-cü pillədə qərarlaşıb.

 

Naxçıvan klubunun əmsalı 13,001-ə bərabərdi.Cədvələ İspaniya “İnter”i başçılıq edir. Yarışın son qalibinin aktivində 57,000 xal var. Qazaxıstan “Kayrat”ı 45,500 xalla 2-cidi. İlk “üçlüy”ü Portuqaliya “Sportinq”i qapayır – 38,166 xal.

Tarix: 2 İyul 00:08    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.