FİFA-nın tələbi: Azərbaycan Premyer Liqasına tez yekun vurun!

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. Sportinfo.az xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib. Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdı.

 

Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər. Ali futbol qurumu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

 

FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 

Tarix: 12 Yanvar 10:12    Oxunub: 370    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.