Kanalesin sözünə inanıb: "Buna görə "Neftçi"ni seçdim"

"Hələ bura gəlməmişdən "Neftçi" haqqında məlumat toplamışdım. Bu komandada çıxış etmiş Nikolas Kanaleslə yaxşı münasibətim var. Lazımi bilgiləri ondan almışdım" - Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Neftçi"nin yeni transferi İqnasio Herrera deyib.

 

1 illik müqavilə imzalayan çilili yarımmüdafiəçi "ağ-qaralar"ın Azərbaycanda ən köklü və iddialı klub olduğunu söyləyib: "Mən də iddialı bir kluba gəlmək istəyirdim. Bu baxımdan, seçimimi "Neftçi"dən yana etdim. Komandanın hədəflərindən xəbərim var. "Neftçi" ölkə kubokunda yarımfinala yüksəlib, çempionatı isə mümkün qədər yüksək pillələrdə başa vurmaq istəyir. Yeni klubum hər zamanı yuxarı pillələr uğrunda mübarizə aparıb. Yenə həmin mübarizənin zamanı gəlib".


30 yaşlı oyunçu "Neftçi"də uyğunlaşma ilə bağlı heç bir problemin olmadığını bildirib: "Kollektivdə bir neçə yeni futbolçu var. Uyğunlaşma ilə bağlı heç bir problemim yoxdu. Demək olar ki, artıq komandaya uyğunlaşmışam. Yalnız meydanda sözümüzü demək qalır. İnanıram ki, burda formamın pik həddinə çatacağam və komandaya xeyir verəcəm. Əsas fərdi yox, komandanın uğurudu".

Tarix: 12 Yanvar 10:00    Oxunub: 342    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.