Kəpəz braziliyalı legionerlərin yolunu gözləyə-gözləyə qalıb

“Kəpəz” çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb. Sportinfo.az kluba istinadən xəbər verir ki, futbolçu heyəti və məşqçilər korpusu Bakıda bir araya gəlib. “Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub.

 

2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak edib. Julien Ebah dünən axsam, gəlibsə, braziliyalı futbolçular - Dario Frederiko və Renan Alves bu gün düşərgəyə qoşulacaq. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdı.

Tarix: 12 Yanvar 09:48    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.