İllik əməkhaqqı - 33 milyon

Amerika Basketbol Liqasının (NBA) sonuncu qalibi “Qolden Steyt” komandanın üzvü Stefen Karri ilə rekord məbləğ qarşılığında yeni müqavilə bağlayacaq. Sportinfo.az xəbər verir ki, buna qədər illik 11 milyon dollar maaş alan 29 yaşlı basketbolçu 5 illik yeni sözləşməyə əsasən 201 milyon dollar qazanacaq.


Hazırda NBA-nın ən bahalı basketolçusu “Klivlend” komandasının üzvü Lebron Ceymsdir. Onun illik əməkhaqqı 33 milyon dollar təşkil edir. Stefen Karri 2009-cu ildən formasını geyindiyi “Qolden Steyt”lə iki dəfə NBA çempionu olub (2015, 2017). 29 yaşlı basketbolçu ABŞ yığmasının heyətində də eyni sayda dünya çempionu tituluna sahib çıxıb (2010, 2014). O, həmçinin iki dəfə liqanın ən dəyərli oyunçusu seçilib (2015, 2016) . 

Tarix: 1 İyul 12:12    Oxunub: 518    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.