"Çox sevinirəm ki, bu cür perspektiv vəd edən "Səbail"in formasını geyinəcəm"

"Səbail"in yeni transferlərindən olan müdafiəçi Aslan Hüseynov klubun rəsmi "facebook" səhifəsinə açıqlama verib. Sportinfo.az xəbər verir ki, o, yeni komandaya keçidi və hədəfləri ilə bağlı danışıb: "Çox sevinirəm ki, bu cür perspektiv vəd olunan bir komandanın formasını geyinəcəm. Bütün fikrimizi çempionluğa yönəltmişik.

 

Toplanış çox yaxşı keçir və komandada rəqabət hiss olunur. Bütün oyunçular məşqlərdə səylə çalışır ki, əsas heyətdə yer alsın. Olduqca mehriban kollektivimiz var. Rəhbərlik tərəfindən də komanda üçün hər cür şərait yaradılıb. Qalır nəticə vermək və gələn mövsüm üçün premyer liqada mübarizə aparmaq".

Tarix: 12 Yanvar 09:12    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.