Millimizdən müjdə – Milad qızıl, Məhəmməd bürünc medal qazandı

Taekvondo millimiz dünya çempionatının sonunda uğursuzluq zolağından çıxa bilib. Sportinfo.az xəbər verir ki, Koreyaya dövrünün ən güclü heyəti ilə yollanan komandamız, bu günə qədər medal qazana bilməyirdi.

 

Mütəxəssislər bunu mayda Bakıda keçirilmiş İslam oyunlarının yorğunluğu ilə əlaqələndirirdilər. Hər halda dünyanın ən güclülərinin yarışının bitimində Azərbaycan taekvondosu beynəlxalq səhnədə hegemon olduğunu bir daha isbatlayıb.

 

Finala qədər itkisiz irəliləyən Milad Hərçəqani (80 kq) həlledici döyüşdə rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək, 1-ci yer tutub. Həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Tarix: 1 İyul 00:46    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.