100 min dollar dəyərində 6 xüsusi hazırlanmış qol saatı oğurlandı

FİFA-nın yanvarın 9-da keçirilmiş mükafatlandırma mərasimi ilə bağlı şok xəbər yayılıb. Sportinfo.az xəbər verir ki, milyonlarla insan tərəfindən televiziya vasitəsilə canlı izlənən mərasimdə oğurluq hadisəsi baş verib. 

 

Belə ki, yığıncaqda ümumilikdə 100 min dollar dəyərində olan, 6 xüsusi hazırlanmış qol saatı oğurlanıb. Mərasimin sponsorlarından olan, məşhur “Hublot” firması həmin saatları sırf mükafatlandırma gecəsi üçün hazırlayıbmış və mükafatlandırılan şəxslərə təqdim olunacaqmış.   

 

Saatlar FİFA mərkəzi ilə TV studiyaları arasındakı məkanda oğurlanıb. Xarici mətbuata açıqlama verən firma rəsmilərindən biri saatların itdiyini təsdiqləyib və oğruların kim olduğunu öyrənmək üçün hərəkətə keçdiklərini bildirib. İsveçrə polisi isə təhlükəsizlik kamerasını araşdırmaya start verib.

Tarix: 12 Yanvar 09:00    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.