"Kəpəz" kənd stadionunda

“Kəpəz”in əvəzedici heyəti çempionatın qış fasiləsində məşqlərini davam etdirir. Sportinfo.az xəbər verir ki, yanvarın 5-dən hazırlığa başlayan komanda məşqlərini Gəncə şəhər stadionu yanaşı, həm də Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda keçir. Hazırlıq planının ilk mərhələsinə əvəzedicilər ikitərəfli oyunla yekun vurublar.

 

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının stadionunda keçirilən matçda futbolçular şərti olaraq qırmızı və yaşıl komandalara bölünüblər. Sonuncuların tərkibində əsas heyətin üzvləri, qarşı tərəfdə isə ehtiyat oyunçular və baxışda olanlar yer alıb. Milli dərəcəli hakim Samir Hüseynovun idarə etdiyi görüş qırmızıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Əsasən bərpaedici xarakter daşıyan ilk mərhələdən fərqli qış hazırlığının sonrakı hissəsi əvəzedicilər üçün daha gərgin və məsuliyyətli olacaq. Belə ki, yanvarın 12-dən komanda bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Futbolçular gündə iki dəfə məşq edəcəklər.

Tarix: 12 Yanvar 08:48    Oxunub: 274    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.