“İnter”dən yeni transfer - FOTO

“İnter” heyətini yeni futbolçuyla gücləndirib. Sportinfo.az xəbər verir ki, Milan klubu A seriyası təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Roberto Qalyardinini heyətinə cəlb edib. Bu barədə məlumatı “neradzurra”nın saytı yayıb.

 

Milan təmsilçisi 22 yaşlı oyunçunu 2018-ci ilin yayınadək icarəyə götürüb. “İnter” Qalyardininin icarəsi üçün “Atalanta”ya 2 milyon avro ödəyib. İcarə müddəti bitdikdən sonra "göy-qaralar" Qalyardininin transfer hüququna malik olacaq.

 

"İnter" icarə müddətinin sonunda futbolçunun xidmətindən razı qalsa, 20 milyon avro ödəyərək onun transfer hüququna yiyələnəcək. Yarımmüdafiənin mərkəzində çıxış edən gənc futbolçu cari mövsümdə meydana çıxdığı 13 oyunda 2 məhsuldar ötürmə edib.

Tarix: 12 Yanvar 08:00    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.