“Neftçi“dən qardaşının dostlarına görə ayrıldı - FOTOLAR

“Səbail” heyətini gücləndirməyə davam edir. I Livizion təmsilçisi daha iki transferə imza atıb. Belə ki, paytaxt klubu Samir Əhmədov və Eltun Yaqublunu rənglərinə bağlayıb.

 
“Səbail” Eltun və Samirdən əvvəl Mirzağa Hüseynpur, Ruslan Tağızadə, Orxan Qurbanlı və Aslan Hüseynovu da heyətinə qatmışdı. Sonuncu klubu “Qaradağ Lökbatan” olan 22 yaşlı Əhmədovla birillik anlaşma əldə olunub. 
24 yaşlı Eltun isə “Neftçi”dən icarəyə götürülüb. O, mövsümün sonuna kimi «aslanlar»ın şərəfini qoruyacaq.


Sportinfo.az-ın məlumatına görə, Eltun bunadək də "Səbail"ə bağlı olub. Qardaşı Nehrun Yaqublu yeni yaranmış klubun rəhbərliyi ilə yaxın münasibətdədi. Özü isə ötən 6 ayda "Səbail"ə qeyri-rəsmi menecer olaraq xidmət göstərib.

Tarix: 12 Yanvar 00:34    Oxunub: 265    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Yanvar 2017
16 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.