"Həm “Qarabağ”da, həm də millidə ağır ili geridə qoyduq"

“Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim - məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın legioneri Ansi Aqolli deyib.
 
Albaniyalı müdafiəçi ağdamlıların qış hazırlıqlarını keçdiyi Antalyada klubun saytına açıqlama verib: “Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istirahət tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda da komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir”.
 
Ansi Aqolli geridə qalan ili də dəyərləndirib: “Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq”.

Tarix: 12 Yanvar 00:24    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.