Millimiz Avropa çempionatı üçün Rumıniyaya ayaq basdı

Bu gün 18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsinə start veriləcək. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan millisinin yer aldığı E qrupunun matçları Rumıniyada keçiriləcək. Vüqar Əliyevin başçılıq etdiyi komanda yanvarın 12-15-də Ploisti şəhərində Rusiya, Rumıniya və Portuqaliya ilə oynayacaq. 

 

Komandamızın finala yüksəlməsi heç də asan olmayacaq. Çünki şimal qonşularımız qrupun favoritləri hesab olunduğu halda, ev sahibləri ikinci yerə iddia edəcək. Lakin U-18-də yer alan voleybolçularımızın Super Liqada “Lokomotiv” adı altında oynadığını nəzərə alsaq, sensasiya gözləməyə dəyər. Artıq Rumıniyaya yollanan komandamız bunun üçün ilk turda Rusiyaya gücünü göstərməlidi.

 

Əgər onlar bunu bacarsa, ardınca Portuqaliya və Rumıniyanı da məğlub edə bilərlər. II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. İlk pillənin və 3 ən yaxşı ikinci yerlərin sahibləri final mərhələsinə yüksələcək. Burda onları apreldə həlledici oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.


12 yanvar
22:00. Rusiya - Rumıniya
 
13 yanvar
17:00. Azərbaycan - Rusiya
19:30. Rumıniya - Portuqaliya
 
14 yanvar     
17:00. Portuqaliya - Azərbaycan
 
15 yanvar     

17:00. Portuqaliya - Rusiya
19:30. Rumıniya - Azərbaycan

Tarix: 12 Yanvar 00:16    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.