UEFA "Partizan"ı avrokuboklardan kənarlaşdırıb. Sportinfo.az xəbər verir ki, buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play"ini pozmasıdı. Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib.
Üstəlik, işin araşdırılmasına çəkilən 3 min avro da klub tərəfindən ödəniləcək. "Partizan" Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.