Çempionumuzdan DÇ-da gözlənilməz məğlubiyyət

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb. Radik İsaev (+87 kq) ilk döyüşündə Mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11).

 

Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb. Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3).

 

Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub. Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.

Tarix: 28 İyun 18:24    Oxunub: 202    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.