"DÇ ilə müqayisədə, Avropa çempionatına qatılmaq şansımız bir az artıb" - Elxan Məmmədov

“Dünya çempionatı iştirakçılarının sayının 48-ə çatdırılması 2026-cı ildən etibarən tətbiq ediləcək. Bununla, dünya çempionatı daha böyük yarış olacaq” - Sportinfo.az xəbər verir ki,bu sözləri apasport.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
FİFA-nın DÇ-2026-dan etibarən dünya çempionatının iştirakçılarının sayının 48-ə çatdırılması qərarı haqda müxtəlif ölkələrin federasiya rəsmiləri münasibət bildirirlər. Məsələ barədə Məmmədov da öz fikirlərini bölüşüb.
 
O bildirib ki, yeni qərardan sonra yığmaların mundiala vəsiqə əldə etmək şansları artıb: “İştirakçıların sayının artırılmasına baxmayaraq, günlərin sayı çoxalmayacaq. Yəqin ki, burda klubların və liqaların maraqları nəzərə alınıb. Düzdü, ayrı-ayrılıqda konfederasiyaların neçə yığma ilə təmsil olunacağı haqda ilkin siyahı çıxıb. Amma hələlik bununla bağlı rəsmi qərar qəbul olunmayıb. İlkin layihədi. İstənilən halda, komandaların dünya çempionatında iştirak etmək şansları artıb”.
 
Məmmədov Avropa çempionatında olduğu kimi, dünya birinciliyində də iştirakçıların sayının artırılması qərarını dəstəklədiklərini bildirib: “Əvvəllər Avropa çempionatında 16 komanda oynayırdısa, ötən il qitə birinciliyinin final mərhələsində 24 yığma iştirak etdi. Biz o vaxt bu addımı dəstəkləmişdik.

 

Bu dəfə də fikrimiz dəyişməyib, dünya çempionatının iştirakçılarının sayının artırılması qərarını da dəstəkləyirik. Komandaların sayının artırılması o deməkdi ki, onların şansı daha da artır. Qrupda 3 komandanın yer almasına gəlincə, FİFA buna texniki və idman tərəfindən yanaşıb. Görək necə olacaq... Bunu izləmək, yaşamaq lazımdı. Ondan sonra nəsə demək, qiymət vermək olar”.

Tarix: 11 Yanvar 21:00    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2017
18 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.