Tanıdığınız bu adam Bakıda nasaz “Jiquli”ni təmir etmək istədi

Məşhur ingilis “Formula 1” pilotu, 90-cı illərin ən nüfuzlu yarışçılarından olan və 1996-cı ildə Dünya çempionu adını qazanan Deymon Hill Bakıda keçirilən “Formula-1” yarışları günlərində nasaz “Jiquli” ilə qarşılaşıb və onu təmir etmək istəyib.

 

Sportinfo.az xəbər verir ki, Deymon Hill “Sky Sports F1”dan olan həmkarı Ted Kravitslə birlikdə yarış günlərinin birində paytaxtın mərkəzi küçələri ilə gecə gəzintisi zamanı nasaz “Jiquli”ni təmir etməyə çalışan sürücünü görüb .

 

“Bu kasıb oğlan qız tanışını şəhərdə gecə gəzintisinə çıxarmışdı, ancaq onun “Lada”sı xarab olmuşdu. Bax belə nasazlıq. Mən ona köməyimi təklif etdim, ancaq qorxuram ki, qadını qarşısında onun kişiliyini təhqir elədim.

 

Ona görə də nə qədə ki, sürücü əlindəki qayka açarı ilə hücum etməyib, mən bu məşğuliyyəti bir kənara qoyub kütlənin arasında itməyə tələsdim”- Hill “Drivertribe”də yazır. Pilot həmçinin “Jiquli”nin və onu təmir etməyə çalışan sürücünün fotosunu da paylaşıb.

Tarix: 28 İyun 17:24    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.