Fəhlə işləyirdi, indi paytaxt klubunda həftəyə 3 min qazanacaq

“Arsenal”ın 7-ci liqadan transfer etdiyi Cohen Bramellə bağlı maraqlı məqam üzə çıxıb. Sportinfo.az xəbər verir ki, Non-liqanın “Hednesford” klubundan transfer olunan sol cinah müdafiəçisi London nəhənginə keçənədək avtomobil zavodunda çalışırdı. “Bentli Motors” zavodunun sabiq əməkdaşı 1 ay əvvəl bu işindən azad edildiyini təəssüflənməyə bilər.

 

Çünki həftədə 400 funt sterlinq əldə edən 20 yaşlı gənc “Arsenal”da 3 min qazanacaq. Arsen Vengerin tapıntısı hara düşdüyünü inanmadığını bildirib: “Hələ də buna inana bilmirəm. Arzularım gerçəkləşdi. Artıq mən burdayam. 1 ay əvvələdək istehsal xəttində dayanıb, maşınları benzin, motor və yuyucu yağları ilə doldururdum. Həftənin 5 günü səhər 6:30-dan 17:15-dək çalışmalı idim”.

 
50 min funt sterlinqə transfer olunan Kohen bir müddət “Arsenal”ın U-23 komandasında çıxış edəcək. O, əvvəllər “Şeffild Uensdey” və “Kristal Pelas”da baxışda olsa da, bəyənilməyib. Bramell Non-liqadan Premyer Liqaya irəliləyən ilk oyunçu deyil. Onadək bir sıra belə futbolçular məşhurlaşa bilib. Onlardan sonuncusu “Halifaks”dan “Lester”ə keçib, məşhurlaşan Ceymi Vardidi.

Tarix: 11 Yanvar 20:48    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2017
18 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.