"Məncə, Bakıda ona zərər vermək fikrindəydi, bununla istədi ki..."

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun Bakıda Filarmoniyanın tinində Lüis Həmiltonla Sebastyan Fettel arasında yaşanan qalmaqalda “Ferrari”nin sürücüsünü müdafiə edib.

 

Sportinfo.az xəbər verir ki, “Mersedes” komandasının pilotu təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı.

 

Bu insidentdən sonra ön qanadını zədələyən almaniyalı əsəbləşərək, “Ferrari”sini Həmiltonun bolidinə çırpmışdı. F-1.az saytı xatırladır ki, olayı araşdıran stüardlar 4-qat dünya çempionuna bu hərəkətinə görə 10 saniyə dayan və get cəzası versələr də, Ekklstoun Həmiltonu günahkar sayır:

 

“Bu cür insidentlər bütün yarışlarda ola bilər. Məncə, Həmilton əyləcə basaraq, qəza yaşatmaq və Fettelə zərər vermək istəyirdi. Buna görə də Fettelin reaksiyası normal idi. Həmiltona demək istədi ki, sənin hərəkətinin səbəbini bilirəm”.

Tarix: 28 İyun 14:12    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.