“Qəbələ“ni aparan təyyarədə yer olmadı: 2 legioner kənarda qaldı

Topaz Premyer Liqasında mübarizə aparan daha 3 komanda Türkiyəyə yola düşüb. “Qəbələ”, “İnter” və “Sumqayıt”ın öncədən nəzərdə tutulan Antalya səfəri bu gün səhər baş tutub. Əslində, “Qəbələ” yanvarın 9-da, digər iki komanda isə dünən yola düşməli idilər. Lakin İstanbulda hökm sürən əlverişsiz hava şəraiti buna mane olmuşdu. 


Maraqlıdı ki, hər üç klubun futbolçuları və rəsmiləri eyni təyyarədə yer alıblar. Onları aparan AZAL-a məxsus hava gəmisinin istiqaməti birbaşa Antalyayadı. Sportinfo.az-ın məlumatına görə, təyyarədə yer olmadığından, “Qəbələ“nin rəsmiləri və bəzi gənc futbolçuları Bakı-Ankara-Antalya reysi ilə səfərə çıxıb.


“İnter” qonşu ölkəyə tam heyətlə yollanıbsa, “Qəbələ”dən 2, “Sumqayıt”da 1 oyunçu ölkə daxilində saxlanılıb. “Sumqayıt”da 2 gün əvvəl zədələnən yarımmüdafiəçi Ayaz Mehdiyev ölkədə saxlanılıb. Həkimlər 24 yaşlı futbolçunun iki həftə müalicə olunacağını bildiriblər. “Qəbələ”də isə baş məşqçi Roman Qriqorçukun əsas komandada görmək istəmədiyi Petar Franyiç səfərə aparılmayıb. Teo Uiksə viza isə sabah açılacaq.

 

Tarix: 11 Yanvar 20:24    Oxunub: 466    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.