Filip Ozobiç Xorvatiya millisində bu cür debüt etdi - VİDEO

“Qəbələ”nin legioneri Filip Ozobiç Xorvatiya millisində debüt edib. Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Çinin Nannin şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalının iştirakçısı olub. O, “China cup 2017”nin Xorvatiya – Çili qarşılaşmasına start heyətində çıxıb.

 

Bununla da ölkəsinin əsas yığmasında ilk oyununu keçirən Ozobiç 57-ci dəqiqədə əvəzlənib. 1:1 hesabı ilə başa çatan matçın qalibi isə penaltilər seriyasında bəlli olub. 4:1 hesabı ilə qalib gələn Çili finala yüksəlib. Filipin komandası yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda matçda Çin yığması ilə görüşəcək. 

 

Tarix: 11 Yanvar 20:00    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.