Maliyyə çətinliyinə görə dünya kubokunda tam heyətlə iştirak edə bilməyəcəyik

Xorvatiyanın Umaq şəhərində dünya kuboku keçiriləcək. Sportinfo.az xəbər verir ki, bu yarışda yeniyetmələr arasında Fərid Ağayev (52 kq), Rüfət İskəndərov (52 kq), Hüseyn Məmmədli (57 kq), Tale Yaqubov (57 kq), Elçin Quliyev (57 kq), Fərid Abdulkərimov (63 kq), Rəşid Xudaverdiyev (63 kq), Hüseyn Hüseynzadə (70 kq), Ayla Rzazadə (54 kq) və Jeyhun İsmayılov (kata) mübarizə aparacaqlar.

 

16-17 yaşlı gənclərdə Müseib Məmmədov (55 kq), Tural Yaqubov (68 kq), Murad Balakişiyev (76 kq), Musa Sarızadə (+76 kq), Fidan Teymurova (48 kq)və Mədinə Sadıqova (53 kq) çıxış edəcəklər. Onlardan başqa 12-13 yaşlılar arasında perspektivli idmançılardan Fərid Savadov, Namiq Quliyev və Fidan Dadaşova da təcrübələrini artırmağa çalışacaqlar.

 

Milli Karate Federasiyasının prezident Yaşar Bəşirovun rəhbərliyi ilə rəsmi yarışa yollanan heyətdə 14-18 yaşlı yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, 21 yaşadək gənclərin baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də beyəlxalq hakimlərdən Jahangir Babayevlə Vüqar Kərimov yer alıblar.

 

Yeniyetmə və gənclər arasında dünya kuboku, 2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olacaq. AMKF-nin mətbuat xidmətinin yaydığı məlumata görə, maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilmir.

Tarix: 28 İyun 00:46    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.