"Azərbaycan millisi güclü, futbolçularının çoxu təcrübəlidi"

“Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik” - Sportinfo.az xəbər verir ki, bu sözləri Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aleksandr Kuznetsov deyib.
 
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün millimizlə qarşılaşan Qazaxıstan meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
 
Matçla bağlı fikirlərini bölüşən Kuznetsov bunları deyib: “Rəqibimizi yaxşı tanıyırdıq. Azərbaycan millisi güclü komandadı, futbolçuların çoxu təcrübəlidi. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.

Tarix: 11 Yanvar 19:12    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.