2 taekvondoçumuz dünya çempionatında medalsız qaldı

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Sportinfo.az-ın Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

 

Hər iki taekvondoçumuz iki döyüşdə qalib gəlsələr də, növbəti qarşılaşmadan məğlub ayrılıb. Ayxan Tağızadə (68 kq) Livan idmançısı Rayan Delbani (22:11) və Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu 11:3 hesabı ilə məğlub etsə də, Çin-Taypeyli taekvondoçu  Yu-Jen Huanga məğlub olaraq yarışı başa vurub. 

 

Fəridə Əzizova (67 kq) da Faber İsabella (LÜK) (24:1) və Vanessa Koerndlı (ALM) üzərində 7-6 hesablı qələbə qazansa da,  Koreyalı idmançı Jan Di-Kimlə döyüşdən məğlub (0:7) ayrılaraq yarışla vidalaşıb. Çempionatın dördüncü günü kişilərin yarışmasında 58 kq çəki dərəcəsində Fizam Mehtiyev mübarizəyə qatılacaq.    

Tarix: 27 İyun 13:36    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.