Səhvlərindən nəticə çıxar, ay bala!

“Maraqlı qarşılaşma oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
 
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki ikinci oyununda Qazaxıstanla heç-heçə edən (2:2) yığmamızın çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, yalnız 2 qol vura bildik.

 

Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidi. Səhvlərimizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.

Tarix: 11 Yanvar 19:00    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.