Təbriz Həsənov kimi məşqçiləri sürgün etmək lazımdı!

19 yaşadaək futbolçulardan ibarət Türkiyə yığması, pardon, Azərtürk millisi, əstəğfirullah, Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində xarüqələr yaradır.

 

Memar Həsənov Təbriz, yaxud “snikers Təbriz”in xüsusi istedad və bacarığı sayəsində. Dirijoru Murad Popov olan milliləşdirdiklərimizdən ibarət ansamblın start ifaçıları Mətin Gülər, Hüseyin Seyliğli, Barış Ekincier və Doğukan Öksüz olub.

 

Utanacaq bir yeri qalmayan, vaxtilə işlədiyi, hazırda tarixi qəbiristanlıqda çürüyən “Karvan”da “ad” çıxarmış “oğru Təbriz” indiyədək çalışdığı milli komandaları meydana 100 dəfə çıxarıbsa, 99-da boynunu büküb, tərs sillə yedizdiriblər. Statistikaya baxsaz, rüsvayçı nəticəni özünüz də görə bilərsiz. Bu adam pul qazanmaqdan, cibini doldurmaqdan savayı həyatda heç nə düşünmür.

 

Çox uzağa getməyək, ötən il ölkəmizdə təşkil olunan U-17-lərin Avropa çempionatının açılış oyununda Portuqaliyaya 0:5 uduzandan sonra mətbuat konfransında sual ərz etdim ki, ağayi Təbriz, biabırçı məğlubiyyətə görə, heç olmasa, Azərbaycan xalqından üzr istəmək fikriniz var? Dedi ki, “yox” və istəmədi də.

 

Təkəbbürü yerə-göyə sığmayan bu zatdan uğur gözləyirsiz?

 

Gələcəkdə əsas milli komanda üçün nəzərdə tutulan yığmanın 50-60 faizini legionerlər təşkil edirsə, əlavə şərhə gərək yoxdu. Aşağı yaş qrupu üzrə milli komandaların əksəriyyətində onlarla əcnəbi çıxış edir. Heç biri də yerli uşaqlardan qeyri-adi istedadına görə seçilmir. Yəni, bu ölkədə 19 yaşına qədər olan perspektivli bir qapıçı yoxdu? Var, sadəcə, AFFA-nın seleksiyaçıları fil qulağında yatıb. İşləmək, axtarmaq, uzaq rayon və kəndlərdə istedadlı uşaqları üzə çıxarmaq heç kimə sərf eləmir. Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın...

 

Reallıqdı əslində. “Böyük dayaq” filmində Rüstəm kişinin dediyi kimi, partkomu Şirzad olanın...Başqa sözlə, baş məşqçisi Təbriz Həsənov olan yığmanın futbolçusundan da nəsə gözləmək möcüzəyə ümid etməkdi. Qapıdan qovsalar, özünü pəncərədn içəri atacaq qədər üzlü olan Həsənov bundan belə daha 100 oyunda uduzsa, yenə qızarmayacaq.

 

AFFA rəhbərliyi məsələyə birbaşa müdaxilə etməli və uşaq futbolunu belə savadsız məşqçilərin cəngindən qurtarmalıdı. Əks halda onsuz da biabırçı vəziyyətdə olan uşaq futbolu qaranlıq quyunun düz dibinə yuvarlanacaq. Ölkədə uşaq futbolunu inkişaf etdirmək istəyən federasiya başbilənləri bu cür bacarıqsız insanlardan birmənalı və müzakirəsiz şəkildə imtina etməli, bir az da sərt desək, ümumiyyətlət futbola yaxınlaşmasına qadağa qoymalıdı! Belələri sürgünə məhkumdular!

 

P.S. Yoxsa hələ uzun müddət “Təbriz nağılları”na qulaq asmalı olacağıq.

 

Elvin ƏHƏD

Tarix: 11 Yanvar 18:36    Oxunub: 760    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.