"O, burda qalacaq, buna heç kimin şübhəsi olmasın"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın yarımmüdafiəçisi Filipp Koutinyo barədə danışıb. Sportinfo.az xəbər verir ki, Klopp Koutinyonu heç bir halda satmayacaqlarını bildirib. O, böyük klubların Koutinyonu yaddan çıxarmalarını istədiyini də vurğulayıb:

 

“Koutinyonun gedişini heç vaxt müzakirə etməmişik. O, bizim futbolçumuzdu və burda da qalacaq. Buna heç kimin şübhəsi olmasın. Yaxşısı budu, böyük klublar onu unutsunlar. Koutinyo 5-6 həftə zədəli olub. Ancaq bu amil bizi o qədər də qorxutmur. O, meydana qayıdanda yenə də əvvəlki kimi olacaq”.

Tarix: 11 Yanvar 18:24    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.