Bakı yolu: mühəndislər kubokunda “Mersedes”, şəxsi sıralamada Sebastyan Fettel

Azərbaycan qran-prisindən sonra sürücülərin şəxsi sıralamasında Sebastyan Fettel (“Ferrari”) 153 xalla öncüllüyünü qoruyur. Sportinfo.az xəbər verir ki, Lüis Həmilton 139 xalla 2-ci, Valtteri Bottas (hər ikisi – “Mersedes”) 111 xalla 3-cüdülər.

 

Azərbaycan mükafat yarışının qalibi Daniel Rikkardo (“Red Bull Racinq”) 92 xalla 4-cü, Kimi Rəykkönen (“Ferrari”) 73 xalla 5-ci yerdədir. Bakıda fəxri kürsünün 3-cü pilləsinə çıxan Ləns Stroll (“Uillyams”) isə 17 xalla 12-cidir.

 

“Mersedes” komandası Mühəndislər kubokunda siyahıya başçılıq edir. Komandanın hesabında 250 xal var. “Ferrari” 226 xalla 2-ci, “Red Bull Racinq” 137 xalla 3-cü mövqedə qərarlaşıb. Formula-1 üzrə dünya çempionatının 9-cu mərhələsi iyulun 7-9-da Avstriyada keçiriləcək.

Tarix: 27 İyun 00:40    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.