Ozobiç 57 dəqiqə oynadı, Xorvatiya finala çıxa bilmədi - FOTO

“Çin kuboku-2017” turnirində ikinci finalçı da bəlli olub. Sportinfo.az-ın məlumatına görə, Çini üstələyən İslandiyanın həlledici görüşdəki rəqibinin adına Çili – Xorvatiya matçından sonra aydınlıq gəlib. Qalibi müəyyənləşdirmək üçün 90 dəqiqə bəs etməyib.

 

Belə ki, 18-ci dəqiqədə cənubi amerikalılar Pinareslə hesabı açıblar. 76-cı dəqiqədə isə Andriyaseviç Xorvatiyanın bərabərlik qoluna imza atıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burda isə daha dəqiq (4:1) olan Çili millisi qələbə qazanaraq, adını finala yazdırıb. 

 

Bu görüşdə “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya yığmasındakı debütü reallaşıb. Matça start heyətində çıxan Ozobiç 57-ci dəqiqədə əvəzlənib. Çiliyə uduzan Xorvatiya yığması yanvarın 14-də III yer uğrunda görüşdə Çinlə üz-üzə gələcək. İslandiya və Çili milliləri arasında baş tutacaq final qarşılaşması isə yanvarın 15-də keçiriləcək.

Tarix: 11 Yanvar 18:12    Oxunub: 111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.