ÖZƏL! XİN Azərbaycan klublarının Afrikadan legioner gətirməsinə məhdudiyyət qoydu!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Premyer Liqa və I Divizion klublarına xəbərdarlıq edib. Sportinfo.az-ın məlumatına görə, 10 yanvar, 2017-ci il tarixdən Afrika ölkələrindən olan futbolçuların Azərbaycana gəlməsinə məhdudiyyət qoyulub. Bu, "turistik viza" ilə respublikamıza dəvət olunan qaradərili oyunçulara aiddi. XİN-nin göstərişinə əsasən, klublarımız yalnız xüsusi dəvətnamə ilə istədiyi legionerlərii Azərbaycana gətirə bilər.

 

Güman ki, bu, son vaxtlar "qara qitə"dən ölkəmizə axın və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardı. Xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvüdü. Ehtimal etmək olar ki, federasiya ucuz "işçi qüvvəsi" sayılan afrikalı futbolçuların Azərbaycana "səlib yürüşü" etməsinin qarşısını bu yolla almağa çalışır. 

 

Yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərilərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.


Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşdüyü müəyyən edilib. Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor”da oynayıb. Senan Nike isə əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb. Digəri isə Azərbaycan Texniki Universitetinin tələbəsi idi. 

Tarix: 11 Yanvar 18:00    Oxunub: 555    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.