"Bu məsələdə 100 faiz onların tərəfindəyəm"

“Barselona”nın baş məşqçisi Luis Enrike oyunçularının ilin ən yaxşı futbolçusunu mükafatlandırmaq üçün FİFA-nın keçirdiyi tədbirə getməmələrinə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, Enrike buna görə futbolçularını dəstəklədiyini deyib. O, İspaniya kubokunda ağır oyunları olduğuna görə futbolçuların belə qərar qəbul etdiklərini vurğulayıb:

 

“Mərasimdə iştirak edib-etməmək hər kəsin şəxsi qərarıdı. Mən baş məşqçi kimi onları ancaq dəstəkləyə bilərəm. Futbolçularımı istənilən halda dəstəkləməliyəm, amma bu məsələdə yüz faiz onların tərəfindəyəm. Axı bizim İspaniya kubokunun cavab qarşılaşmasında “Atletik”lə çətin oyunumuz var. Bu qarşılaşma bizim üçün çox vacibdi”.

Tarix: 11 Yanvar 17:36    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.